Yazıçı, ədəbiyyatşünas İlahə Səfərzadənin “Naməlum məktub” romanı Türkiyədə nəşr olunub. Türkiyə oxucuları tərəfindən sevilən, oxunan bu kitab elə Azərbaycanda da rəğbətlə qarşılanıb.
Qeyd edək ki, İlahə Səfərzadə üç roman və çoxsaylı hekayələrin müəllifidir. Türkiyədə “Gölgeler arasında” adı ilə nəşr olunmuş romanda bir sıra sosial məsələlərə toxunulmuşdur. Kitab “Liz yayınları” tərəfindən İstanbulda nəşr olunmuşdur.

Gundelik.az
