Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə, “Çapar” Milli İrsin Tədqiqi Mərkəzi  Milli QHT Forumunda “QHT-lər, media və süni intellekt” mövzusunda panel keçirib.
Mərkəzin rəhbəri Dilqəm Əhməd süni intellektdən istifadənin genişləndiyini bildirib. Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli iştirakçıları süni intellektin inkişafı fonunda cəmiyyətin maarifləndirilməsində, etik dəyərlərin qorunmasında və dezinformasiya ilə mübarizədə daha fəal olmağa çağırıb.
Paneldə Orxan Məmmədli (APA TV), Kubra Məhərrəmova (Oxu.az) və süni intellekt üzrə mütəxəssis Ümid Salay rəqəmsal çağırışların faydalı və zərərli tərəflərinə toxunublar.
Tədbir çərçivəsində Azərbaycan mətbuat tarixinə aid nadir orijinal materiallar sərgilənib.
Gundelik.az