İyul 16, 2026
Baku

Xəbərlər

Ölkə Xəbərlər

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşdü

Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb. Bu barədə Gundelik.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma

Read More
Ölkə Xəbərlər

Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi

“Bakı Metropoliteni”nin “Bakımetrolayihə” İnstitutuna yeni rəhbər təyin edilib. Gundelik.az Manset.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni”nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə Nəbi Yusif oğlu Məmmədov “Bakımetrolayihə” İnstitutunun rəisi vəzifəsinə təyin olunub. 1987-ci il təvəllüdlü N.Məmmədov memarlıq üzrə fəlsəfə doktorudur. Qeyd edək ki, Nəbi Məmmədov son təyinatadək SOCAR-da bir sıra məsul vəzifələrdə çalışıb. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Şahbuzdakı stadion əsaslı təmir olunacaq

Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində yerləşən 400 nəfər tamaşaçı tutumuna malik stadionda əsaslı təmir işləri aparılacaq. Gundelik.az-ın məlumatına görə, Şahbuz Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı işlərə yekun vurub. RİH sözügedən işlərin icrasını “Global Engineering Management Company” MMC-yə həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 79 827 manat ödənilib. Gundelik.az

Read More
Dünya İqtisadiyyat Xəbərlər

Avropa qaz anbarları 70%-ə çatdı – Qışa hazırlıq sürətlə gedir

Avropada yeraltı qaz anbarlarında ehtiyatlar sürətlə artır. Gundelik.az Qaz İnfrastrukturu üzrə Avropa platformasının məlumatına istinadən xəbər verir ki, anbarların doldurulma səviyyəsi artıq 70%-ə çatıb. Bu tempin davam etməsi qış mövsümünə qədər hədəf səviyyəyə vaxtından əvvəl çatmağı mümkün edir. İyulun 4-də qaz gününün nəticələrinə əsasən, Avropa üzrə anbarlarda qaz ehtiyatlarının orta səviyyəsi 69,96% olub. Bu, son

Read More
Ölkə Xəbərlər

Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində ixtisarlar başlayır. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq sərəncam imzalayıb. 8 iyul 2025-ci il tarixli Sərəncama əsasən, “Azərterminalkompleks” Birliyinin yeni strukturu və ştat cədvəli təsdiq edilib. Sərəncama uyğun olaraq, 1 sentyabr 2025-ci il tarixindən etibarən yeni struktur qüvvəyə

Read More
Ölkə Xəbərlər

Naxçıvanda 41 dərəcə isti qeydə alınıb – FAKTİKİ HAVA

Avqustun 6-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində isti hava şəraiti davam edib. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 36-41 dərəcə isti qeydə alınıb. Gundelik.az

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanda polad tökmə və armatur istehsalı azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 145,6 min ton polad tökmə istehsal edilib. Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,6 min ton və ya 21,4% azdır. Bu ilin iyulun 1-nə ölkədə hazır məhsul ehtiyatı 8,1 min ton təşkil edib. Eyni zamanda, 2025-ci ilin ilk 6 ayında Azərbaycanda 172,7 min ton

Read More
Ölkə Xəbərlər

Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı

Avqustun 5-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Gundelik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə

Read More
Dünya Siyasət Xəbərlər

İrəvan Tramp, Paşinyan və Əliyevin Vaşinqtonda görüşəcəyini təsdiqləyib

Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 7-8-də Vaşinqtonda görüş keçiriləcək. Gundelik.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. “Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 7-8-də ABŞ-yə səfər edəcək. Baş nazir Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın

Read More
Dünya Xəbərlər

Xirosimada atom faciəsinin 80-ci ildönümü anıldı

Yaponiya bu gün – 6 avqustda Xirosima şəhərinə atom bombası atılmasının 80-ci ildönümünü sükutla yad edib. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, əsas mərasim Sülh Xatirə Parkında keçirilib. Tədbirdə Yaponiyanın baş naziri Şiqeru İşiba və müxtəlif ölkələrdən rəsmilər iştirak ediblər. Xirosima meri Kazumi Matsui çıxışında bildirib ki, Yaponiya atom bombası hücumuna məruz qalan yeganə

Read More