İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Şahbuzdakı stadion əsaslı təmir olunacaq

Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində yerləşən 400 nəfər tamaşaçı tutumuna malik stadionda əsaslı təmir işləri aparılacaq.

Gundelik.az-ın məlumatına görə, Şahbuz Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı işlərə yekun vurub.

RİH sözügedən işlərin icrasını “Global Engineering Management Company” MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 79 827 manat ödənilib.

Gundelik.az