Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində yerləşən 400 nəfər tamaşaçı tutumuna malik stadionda əsaslı təmir işləri aparılacaq.
Gundelik.az-ın məlumatına görə, Şahbuz Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı işlərə yekun vurub.
RİH sözügedən işlərin icrasını “Global Engineering Management Company” MMC-yə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 79 827 manat ödənilib.
Gundelik.az

