İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Xankəndidə fərdi yaşayış evlərinin təmiri ilə bağlı 1,5 milyon manatlıq LAYİHƏ

Azərbaycanın azad edilmiş ərazilərində brəpa-quruculuq, yenidənqurma işləri davam etdirilir.

Gundelik.az-ın məlumatına görə, bu işlərin davamı kimi Xankəndi şəhərində yerləşən 23 fərdi yaşayış evinin cari təmir işləri aparılacaq.

Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum görüləcək işlərin 1 485 244 manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az