“OpenAI” 500 milyard dollar dəyərində dünyanın ən bahalı özəl texnologiya şirkəti ola bilər
Süni intellekt sahəsində aparıcı şirkətlərdən biri olan “OpenAI” yeni səhm satışı müqaviləsi ilə dəyərini 500 milyard dollara çatdırmağa hazırlaşır. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu halda OpenAI, dünyanın ən dəyərli özəl texnologiya şirkəti olacaq. “Bloomberg”in məlumatına görə, müqavilə hələ ilkin mərhələdə olsa da, “Thrive Capital” da daxil olmaqla bütün əsas investorlar danışıqlara cəlb
