İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

İsveçrə şirkəti Azərbaycan bazarını tərk edir

“Meda Pharmaceuticals Svvitzerland GMBH” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv edilir.

Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, ev 55, Yeni Həyat Plaza ünvanına bildirə bilərlər.

Sözügedən şirkət 2011-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Maqura Olenadır.

Gundelik.az