Xarici şirkət Azərbaycan bazarını tərk edir
“Qirodeyta Azərbaycan LLC” şirkətinin Azərbaycan Respublikasındakl filialı ləğv edilir. Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1023 Bakı şəhəri, Sabail rayonu, Salyan küçəsi, ev 14 ünvanına bildirə bilərlər. Sözügedən şirkət 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Kovie Fraser Roy adlı şəxsdir. Gundelik.az
