İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Xarici şirkət Azərbaycan bazarını tərk edir

“Mapgis İmar Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı ləğv edilir.

Gundelik.az-ın məlumatına görə, bu barədə şirkət özü elan edib.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini 1111 Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 1, mənzil 39 ünvanına bildirə bilərlər.

Sözügedən şirkət 2018-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Chen Limaodur.

Gundelik.az