İyul 17, 2026
Baku

Xəbərlər

Dünya Xəbərlər

“Lenovo” rüblük xalis mənfəətini iki dəfə artırdı

Dünyanın ən böyük fərdi kompüter istehsalçısı hesab edilən Çin şirkəti “Lenovo Group Ltd” 2025/26 maliyyə ilinin birinci rübündə xalis mənfəətini iki dəfədən çox artırıb. Gundelik.az şirkətə istinadən xəbər verir ki, bu, analitiklərin proqnozlarını üstələyib. Aprel-iyun aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 243 milyon dollarla müqayisədə 505 milyon dollar olub. Birdəfəlik faktorlar nəzərə alınmadan mənfəət

Read More
Dünya Xəbərlər

Rusiya nümayəndə heyəti Alyaskaya yola düşdü

Rusiya nümayəndə heyəti təyyarə ABŞ-Rusiya sammitində iştirak etmək üçün Alyaskaya uçub. Gundelik.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Məlumata görə, təyyarədə Putin və Tramp arasında ABŞ-də keçiriləcək tarixi sammitə hazırlaşanlar var. Avqustun 15-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Antonio Koşta İlham Əliyevə zəng etdi – Vaşinqton görüşü müzakirə olundu

Avqustun 14-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Gundelik.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edilib ki, Antonio Koşta Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar

Read More
Ölkə Xəbərlər

Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlanıldı

Nizami rayonunda talama cinayəti qeydə alınıb. Paytaxt sakininin rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən 1100 manat dəyərində qol saatı və mobil telefonu oğurlanıb. Gundelik.az xəbər verir ki, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı S.Abiyev tutulub. Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə qadın

Read More
Ölkə Xəbərlər

Xaçmazda ustanı “tok” vurdu

Xaçmazda ustanı elektrik cərəyanı vurub. “Unikal”ın məlumatına görə, rayon sakini 59 yaşlı Daşdəmirov Şahin Qurban oğlu işlədiyi avtomobil sexində elektrik xəttlərini bərkidən zaman dirəyə toxunub və nəticədə onu elektrik cərəyanı vurub. Ş.Daşdəmirov Təcili Tibbi Yardım ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır. Gundelik.az

Read More
Dünya Xəbərlər

Fəlakət üçün geri sayım: dünyanın ən böyük ağciyəri quruyur

Yeni araşdırmalar göstərir ki, dünyanın ən böyük ağciyəri və planetin ən biomüxtəlif bölgələrindən biri olan Amazon tropik meşəsi geri dönməz şəkildə qurumağa yaxınlaşır. Gundelik.az-ın məlumatına görə, tədqiqatçılar xəbərdarlıq edirlər ki, Amazon sürətlə fəlakətli dönüş nöqtəsinə yaxınlaşa bilər. Bu halda sulu yağış meşələri əsr ərzində daha quru savannaya çevriləcək. Ekspertlər bildirirlər ki, belə böyük dəyişikliyə iqlim

Read More
İqtisadiyyat

Bakı–Supsa neft kəməri: tarixi və perspektivləri

Qərb İxrac Boru Kəməri (QİBK) və Bakı–Supsa kəməri kimi 2 müxtəlif formada adlandırılan bu kəmər Azərbaycan neftini dünya bazarlarına nəql edən önəmli boru xətlərindən biridir. O, başlanğıcını Səngəçal terminalından götürüb, Gürcüstanın Supsa terminalına qədər uzanır və Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz hissələrindən birini təşkil edir.  Belə ki, Bakı–Supsa neft kəməri vasitəsilə Xəzərin

Read More
Ölkə Xəbərlər

Azərbaycanda bu taksi şirkəti ləğv edilir

“TESLATAXI” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir. Gundelik.az-ın məlumatına görə, bu barədə şirkət özü elan edib. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ4100 Laçın şəhəri, Laçın rayonu, Taxta-Körpü küçəsi ünvanına bildirə bilərlər. Sözügedən taksi şirkəti 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin qanuni təmsilçisi Allahverdiyev Asim Akif oğludur. Gundelik.az 

Read More
Ölkə Xəbərlər

Rusiya və Ukrayna “gizli danışıqlar” aparıbmışlar

İyul ayında Rusiya və Ukrayna nümayəndələri arasında “gizli danışıqlar” aparılıb və bu danışıqlar zamanı tərəflər öz mövqelərini “son dövrlərdə həmişəkindən daha çox” yaxınlaşdıra biliblər. Gundelik.az xəbər verir ki,  bu barədə Britaniyanın “The Economist” jurnalı məlumat dərc edib. “İyul ayında Ukrayna və Rusiya müzakirəçiləri arasında gizli danışıqlar mühüm irəliləyiş əldə edib və tərəfləri son vaxtlar heç vaxt olmadığı qədər yaxınlaşdırıb”,

Read More
Dünya Xəbərlər

Gürcüstanda “qırmızı bülleten”lə axtarışda olan 12 nəfər saxlanıldı

Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya Gürcüstan polisi ilə birgə keçirilən əməliyyat nəticəsində “qırmızı bülleten”lə beynəlxalq axtarışda olan 12, milli axtarışda olan isə 2 nəfərin yaxalandığını açıqlayıb. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Yerlikaya bildirib ki, əməliyyat Gürcüstanda aparılan araşdırmalar və axtarış nəticəsində müəyyən edilən şəxslərin yerləri əsasında həyata keçirilib. Tutulan şəxslərin Türkiyəyə

Read More