İyul 22, 2026
Baku

Xəbərlər

Dünya İqtisadiyyat Xəbərlər

Avropanın qaz anbarlarında ehtiyatlar 80%-i keçib

Avropada yeraltı qaz anbarlarında ehtiyatların həcmi 80%-dən artıq olub. Gundelik.az-ın məlumatına görə, Qaz İnfrastrukturunun Avropa platformasının məlumatına görə, sentyabrın 12-nə olan göstərici 80,13%, bazar günü isə 80,34%-ə çatıb. Hazırkı inventar səviyyəsi son beş ilin orta göstəricisindən 6,8 faiz bəndi aşağıdır. Sentyabrın ikinci həftəsindən etibarən qaz vurulması tempi də xeyli zəifləyib – avqustda gündəlik orta 328

Read More
Ölkə Xəbərlər

Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olub. Gundelik.az xəbər verir ki, Silahlı Qüvvələrin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndlərdən biri də Badaradır. Qeyd edək ki, o vaxtdan indiyədək kənddə sosialyönümlü bir sıra layihələr icra olunub. Belə ki, mövcud elektrik və qaz xətləri bərpa olunub,

Read More
Ölkə Xəbərlər

Polis 15,2 kq narkotik aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 13-də və 14-də ümumi çəkisi 15,2 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 26 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Gundelik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Kəlbəcər məktəbində 33 il sonra ilk zəng çalınıb

15 Sentyabr – Bilik Günü münasibətilə 33 illik fasilədən sonra, Kəlbəcərdə ilk dərs zəngi çalınıb. “Report”un Kəlbəcərə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, şəhərdə ikşğal dövründən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb. Bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib. Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin

Read More
Ölkə Siyasət Xəbərlər

Azərbaycan və Ukrayna İrpendə mədəniyyət obyektlərinin tikintisi ilə bağlı saziş imzalayacaqlar

Ukrayna hökuməti Azərbaycanla İrpen şəhərində mədəniyyət evi, uşaq-gənclər idman məktəbi və incəsənət evinin tikintisi ilə bağlı saziş bağlamaq niyyətindədir. Bu barədə Gundelik.az Ukrayna KİV-nə istinadən xəbər verir. Sentyabrın 10-da Ukrayna hökuməti tikinti layihəsinin hazırlanması üzrə Azərbaycan hökumətinin nümayəndələri ilə danışıqlar aparmaq üçün nümayəndə heyəti formalaşdırıb. Danışıqlarda Ukrayna tərəfinə icmaların və ərazilərin inkişafı nazirinin müavini Marina

Read More
Dünya Xəbərlər

Tramp İsrailə növbəti xəbərdarlıq etdi

“İsrail Qətərlə münasibətlərdə çox diqqətli olmalıdır”. Gundelik.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib. Belə ki, jrnalistlərdən biri ABŞ liderindən baş nazir Benyamin Netanyahuya İsrailin ötən həftə HƏMAS liderlərinə endirdiyi zərbələrlə bağlı mesaj çatdırmaq istəyib-istəmədiyini soruşub. O, isə cavabında “Mən istəyirəm ki, onlar çox, çox diqqətli olsunlar. Onlar

Read More
İqtisadiyyat Xəbərlər

Zirə limanından yükdaşımalar dayandırılıb (EKSKLÜZİV)

Zirə limanından dəmir yolu ilə tranzit yüklərin daşınması dayandırılıb. Gundelik.az-ın məlumatına görə, məsələ ilə bağlı bildirilib ki, buna əsas səbəb xaricdən gələn yüklərin azalması, həmçinin Bakı Limanının “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) birləşdirilməsi ehtimalıdır. Bununla belə, limanın gələcəkdə fəaliyyətini bərpa etməsi istisna edilmir. Qeyd edək ki, indiyədək Mərkəzi Asiyadan gətirilən kükürd yükləri Zirə limanı vasitəsilə

Read More
Dünya Siyasət Xəbərlər

Tramp Venesuelanı növbəti dəfə hədələdi

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Venesuelanı narkotik kartellərinə qarşı mübarizə bəhanəsi ilə hədələyib. O, Karib dənizində Venesuela qüvvələrinə qarşı yeni hücumların istisna olmadığını bildirib. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Tramp Nyu-Yorkdan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən, bölgədəki Amerika hərbi gəmilərinin fəaliyyətini davam etdirəcəyini vurğulayıb. “Venesueladan çoxlu narkotik daşınır. Araqua bandasının

Read More
Siyasət Xəbərlər

Prezident İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Seyidbəyli kəndində olub. Gundelik.az xəbər verir ki, dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verildi. Qeyd edək ki, Seyidbəyli kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosial infrastrukturunun qurulmasına başlanılıb. Belə ki, 30 kilometr uzunluğunda mövcud

Read More
Dünya Siyasət Xəbərlər

Ərdoğanı o əvəz edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə rəsmi səfərə yola düşdüyü müddətdə dövlət başçısının səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaz həyata keçirəcək. Gundelik.az xəbər verir ki, məsələ ilə bağlı qərar “Resmi Gazete”də dərc olunub. Qeyd olunur ki, Konstitusiyanın 106-cı maddəsinə əsasən, vitse-prezident Yılmaz sentyabrın 15-də Ərdoğan Qətərdən geri dönənədək müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edəcək.  Gundelik.az 

Read More