Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə rəsmi səfərə yola düşdüyü müddətdə dövlət başçısının səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaz həyata keçirəcək.
Gundelik.az xəbər verir ki, məsələ ilə bağlı qərar “Resmi Gazete”də dərc olunub.
Qeyd olunur ki, Konstitusiyanın 106-cı maddəsinə əsasən, vitse-prezident Yılmaz sentyabrın 15-də Ərdoğan Qətərdən geri dönənədək müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edəcək.
Gundelik.az
