Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracı KƏSKİN ARTDI
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana təqribən 465,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Gundelik.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 26,7 milyon ABŞ dolları olub. Gürcüstana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 29,2 milyon kVt/saat və ya 6,7%, dəyər
