İyul 21, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərişıq 2,6 milyon manatlıq avadanlıq alır

Azərişıq” ASC bir sıra işlərin görülməsi ilə əlqədar avadanlıq və aksessuarların alqı-satqısı ilə bağlı hazırlıqlara başlayıb.

Bu barədə Gundelik.az səhmdar cəmiyyətindən məlumat əldə edib.

Belə ki, 0.4-10 kV elektrik xətlərində gərginlik və cərəyan axınının ötürülməsi, elektrik avadanlıqların ifrat gərginlikdən qorunması və idarə olunması üçün müxtəlif avadanlıqların və onlara aid aksessuarların alqı-satqısı nəzərdə tutulub.

Sözügedən malların satınalınmasına sərf olunacaq məbləğin 2,6 milyon manat olacağı proqnozlaşdırılıb.