Sentyabr 9, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Gürcüstandan uçan təyyarə Rize sahilərində dənizə düşüb

Gürcüstandan havaya qalxan və göyərtəsində 2 nəfərin olduğu kiçik təyyarə Türkiyənin Rizə vilayəti sahillərində suya düşüb.

Gundelik.az xəbər verir ki, hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Məlumata görə, hadisə Çayəli rayonu sahillərində baş verib.

Qəza enişinin səbəbi hələlik müəyyənləşdirilməyib. Lakin təyyarənin Batumidən uçduğu bildirilir.