İyul 23, 2026
Baku

Xəbərlər

Ölkə Xəbərlər

Vüqar Qurbanov bu xanımı işdən çıxardı

Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub. Gundelik.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Xatırladaq ki, İ.Şükürova bu vəzifəyə ötən ilin iyun ayında təyinat almışdı. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Naftalan nefti ilə bağlı qərar verildi

Nazirlər Kabineti “Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması Qaydaları”nı təsdiq edib. Gundelik.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalar ölkə Prezidentinin “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 28 sentyabr 2024-cü il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb

Read More
İqtisadiyyat Ölkə Xəbərlər

Azərbaycanda 6 illik şirkətin “maya”sından vəsaitlər geri götürüldü

“Holborn” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC)nizamnamə kapitalı azaldılır. Gundelik.az bu barədə şirkətə istinadən xəbər verir. Bildirilib ki, MMC-nin nizamnamə kapitalı təsisçi Qasımov Namiq Şakir oğlunun öz payını götürərək təsisçilikdən çıxması ilə əlaqədar 3 125 manat məbləğindən 500 manat azaldılaraq 2 625 manat məbləğində müəyyən edilir. Qeyd edilib ki, kreditorlar öz tələblərini 2 (iki) ay ərzində AZ1022,

Read More
Ölkə Xəbərlər

Türkiyə şirkəti Azərbaycan bazarından gedir

Vertiv Güç Sistemleri Limited Şirketinin Azərbaycan Respublikasındakı Filialı ləğv edilir. Gundelik.az-ın məlumatına görə, bu barədə şirkət özü elan edib. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 55, Aga Center 7-ci mərtəbə, ofis 701 ünvanına bildirə bilərlər. Qeyd edək ki, sözügedən şirkətin Azərbaycandakı filialı 2009-cu ildə dövlət qeydiyyatına alınıb.

Read More
Elm və təhsil Xəbərlər

Avropada gənc məzunların işlə təminatı: 2025 rəqəmləri

Avropada 20–34 yaş aralığında olan və son üç ildə ali məktəbi bitirənlərin ən yüksək məşğulluq səviyyəsinə sahib ölkə Malta (96,7%) olub. Onun ardınca İslandiya (95,8%) və Hollandiya (94,8%) gəlir. Güclü sənaye bazası və peşə yönümlü ali təhsili ilə seçilən Almaniyada bu göstərici 94,3%, Birləşmiş Krallıqda 88,4%, Finlandiyada 88,3%, Fransada 84,4%, İspaniyada 77,9%, Türkiyədə 64,2%, İtaliyada

Read More
Dünya İqtisadiyyat Xəbərlər

Qlobal bazarlar artan ticarət gərginliyi fonunda mənfi tendensiya nümayiş etdirir

Qlobal maliyyə bazarlarında Çin və ABŞ arasında dərinləşən ticarət gərginliyi fonunda mənfi tendensiya müşahidə olunur. Gundelik.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Çindən idxal olunan mallara noyabrın 1-dən etibarən 100 faiz tarif tətbiq ediləcəyini, eyni zamanda bütün kritik proqram təminatına ixrac nəzarətinin gücləndiriləcəyini açıqlayıb. Tramp APEC Sammitində Çin Prezidenti Si Cinpinlə görüşünün

Read More
Ölkə Xəbərlər

Araz çayı üzərində körpünün tikintisi nə vaxt bitir?

Araz dəhlizinin vacib komponenti olan körpünün tikintisinin bu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur. Gundelik.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, 2022-ci ilin mart ayında Azərbaycan və İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən

Read More
Dünya Xəbərlər

Qırğızıstanın Cəlalabad şəhərinin adı Manas olaraq dəyişdirilib

Qırğızıstanın cənubunda yerləşən Cəlalabad vilayətinin inzibati mərkəzi olan Cəlalabad şəhərinin adı rəsmi olaraq “Manas” adlandırılıb. Gundelik.az xəbər verir ki, ad dəyişikliyi ilə bağlı qərar parlament tərəfindən sentyabrın 10-da qəbul edilib, prezident Sadir Çaparov tərəfindən sentyabrın 17-də imzalanıb və sentyabrın 27-də rəsmi olaraq qüvvəyə minib. Şəhərin adının dəyişdirilməsinə həsr olunmuş rəsmi mərasim şəhərin yuxarı hissəsində keçirilib.

Read More
Xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda əhalinin sayı açıqlandı- FOTO

İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır, iqtisadiyyat, təhsil, səhiyyə, ictimai xidmətlər, mədəni irsin bərpası və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir. Qısa müddət keçməsinə baxmayaraq qeyd olunan sahələrdə əhəmiyyətli nəticələr əldə edilmişdir. Artıq bu ərazilər nəinki yerli, həmçinin

Read More
Ölkə Xəbərlər

Partlayışlar olacaq, təşvişə düşməyin! – Xəbərdarlıq

Oktyabrın 13-17 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Gundelik.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır. Gundelik.az

Read More