“HƏMAS tərk-silah olunacaq” – Netanyahu
HƏMAS bu və ya digər şəkildə tərk-silah ediləcək və Qəzza zolağı silahsızlaşdırılacaq. Gundelik.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Biz HƏMAS-ı hər tərəfdən sıxışdırırıq, onu tərk-silah edəcək və Qəzzanı silahsızlaşdıracaq planın növbəti mərhələlərinə hazırlaşırıq. Bu, asan yolla əldə edilirsə, qoy olsun. Yoxsa, çətin yolla əldə olunacaq”, – Netanyahu bildirib. Gundelik.az
