Azərbaycana investisiya qoyuluşu artıb
2025-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 13048,1 milyon manat məbləğində vəsait yönəldilib. Gundelik.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Başqa sözlə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə investisiya qoyuluşu 1% artıb. Qeyd edilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7,0 faiz artıb.
