İyul 26, 2026
Baku

Xəbərlər

Ölkə Xəbərlər

Rumıniya Senatının sədri Azərbaycana gəldi

Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean Azərbaycana səfərə gəlib. Gundelik.az xəbər verir ki, səfərin məqsədi Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirakdır. Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya Parlamenti Senatının sədrini Milli Məclis sədrinin müavini Rafael Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar. Gundelik.az 

Read More
Ölkə Xəbərlər

Şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq

2026–2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq. Bu barədə Gundelik.az-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, cari tədris ilində 6-cı sinifdə təhsil alan şagirdlər qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər. Qəbul imtahanına dair çərçivə sənədi 2025-ci ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Lisey və gimnaziyalara müxtəlif təmayül

Read More
Dünya Siyasət Xəbərlər

Yaponiyanın baş naziri Trampı Nobel Sülh Mükafatına namizəd göstərib

Yaponiya Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd irəli sürüb. Gundelik.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib. Levittin sözlərinə görə, Takaichi Tokioda keçirilən görüş zamanı Trampa Nobel Sülh Mükafatına namizədliyinin irəli sürüldüyünü bildirib və bununla bağlı sənədləri ona təqdim edib. “Washington Post” qəzetinin

Read More
Dünya İqtisadiyyat Xəbərlər

ABŞ fond indeksləri yeni rekord həddə yüksəlib

Amerika fond bazarları bazar ertəsi ticarət sessiyasını artımla başa vuraraq yeni rekord həddə çatıb. Artım Çin və ABŞ arasında mümkün ticarət razılaşması, eləcə də Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaldacağı gözləntiləri fonunda müşahidə olunub. ABŞ Maliyyə Naziri Skott Bessent bazar günü açıqlamasında bildirib ki, Vaşinqton və Pekin ticarət razılaşmasının əsas şərtləri üzrə razılığa gəliblər.

Read More
Ölkə Xəbərlər

Vilayət Eyvazov sıra baxışı keçirdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 27-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. DİN-dən Gundelik.az-a verilən məlumata görə, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 189 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan

Read More
Ölkə Xəbərlər

“Turan Tovuz” Kurban Berdiyevlə müqaviləni uzatdı

“Turan Tovuz” baş məşqçisi Kurban Berdiyevlə müqavilənin müddətini uzadıb. Gundelik.az Rusiya mətbuatına istinadla xəbər verir ki, mütəxəssis 2027-ci ilin yayınadək bölgə təmsilçisinə rəhbərlik edəcək. Müqavilənin yenilənməsində komandanın uğurlu nəticələri və hazırda Misli Premyer Liqasında lider olması həlledici rol oynayıb. İddiaya görə, klub rəhbərliyi rusiyalı mütəxəssis ən azı 3 illik yeni müqavilə təklif etməyi də planlaşdırır.

Read More
Ölkə Xəbərlər

Dövlət Sosial Müdafiə Fondunun binasında 5,2 milyon manatlıq təmir işləri aparılacaq

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 80 ünvanında yerləşən inzibati binasında əsaslı təmiri işləri aparılacaq. Gundelik.az-ın məlumatına görə, fond artıq bununla bağlı müvafiq işlərə başlayıb. Belə ki, DSMF hazırda inzibati binasının əsaslı təmir işlərini icrac edəcək şirkəti müəyyənləşdirməkdədir. Eyni zamanda fond sözügedən işlərin 5,227 milyon manata başa gələcəyini

Read More
Ölkə Xəbərlər

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Gundelik.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, Yasamal, Sabunçu və Xətai rayonlarında qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 28.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. “Təmir işləri aparılan müddətdə Yasamal rayonu üzrə Azadlıq, Mətbuat, H.Cavid, Azərbaycan və

Read More
Ölkə Xəbərlər

Paltaryuyan maşınlara dair yeni texniki reqlament layihəsi hazırlanıb

Azərbaycanda “Məişət paltaryuyan və qurutma funksiyalı paltaryuyan maşınlara ekodizayn tələblərinə dair Texniki reqlament” və “Məişət paltaryuyan və qurutma funksiyalı paltaryuyan maşınların enerji etiketlənməsinə dair Texniki reqlament” layihəsi hazırlanıb. Gundelik.az xəbər verir ki, sənəd Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə ərsəyə gətirilib. İctimai müzakirələr başa çatdıqdan sonra sənəd təsdiq üçün Nazirlər

Read More
Ölkə Xəbərlər

Azərbaycanın Meksikadakı yeni səfiri kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Gundelik.az-ın məlumatına görə, 52 yaşlı Seymur Fətəliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibidir. O, 1990-1995-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili

Read More