İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanın Meksikadakı yeni səfiri kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Gundelik.az-ın məlumatına görə, 52 yaşlı Seymur Fətəliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibidir.

O, 1990-1995-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində, 1997-2001-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb. 1999

2005-ci illərdə Azərbaycan Respublikasının Fransadakı Səfirliyində, daha sonra 2006-2009-cu illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində çalışıb.
2009-2012-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəis müavini vəzifəsinə təyib edilib. 2012–2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini olaraq fəaliyyətini davam etdirib.

2018-2021 ci illərdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi vəzifəsində çalışıb. 2021-ci il avqust ayında xüsusi tapşırıqlar üzrə səfir – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi vəzifəsinə təyin olunub.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə S.Fətəliyevə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub, 2015-ci ildən filologiya üzrə fəlsəfə doktorudur.

Gundelik.az