İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Yaponiyanın baş naziri Trampı Nobel Sülh Mükafatına namizəd göstərib

Yaponiya Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd irəli sürüb.

Gundelik.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

Levittin sözlərinə görə, Takaichi Tokioda keçirilən görüş zamanı Trampa Nobel Sülh Mükafatına namizədliyinin irəli sürüldüyünü bildirib və bununla bağlı sənədləri ona təqdim edib.

“Washington Post” qəzetinin yazdığına görə, Yaponiyanın keçmiş baş naziri Şinzo Abe də 2019-cu ildə Trampı Şimali Koreya ilə aparılan danışıqlara görə Nobel Sülh Mükafatına namizəd göstərmişdi.

Eyni zamanda, Kambocanın baş naziri Hun Manet bazar ertəsi bəyan edib ki, ölkəsi Tailandla münaqişənin həllində göstərdiyi vasitəçiliyə görə ABŞ prezidentini Nobel Sülh Mükafatına namizəd göstərəcək.

Bundan əvvəl, iyun ayında Pakistan rəhbərliyi Trampın Hindistanla münasibətlərin normallaşmasına verdiyi töhfəyə görə onun namizədliyini dəstəklədiyini açıqlamışdı. İyul ayında isə İsrailin baş naziri Benyamin Netanyahu Trampın Nobel Sülh Mükafatına namizədliyini elan edib.

Donald Tramp bu il mükafatı qazana bilməsə də, tərəfdarları hesab edirlər ki, onun Qəzza ilə sülh razılaşmasındakı rolu onu 2026-cı il üçün ən real namizədlərdən birinə çevirib.

Gundelik.az