Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir. Gundelik.az xəbər verir ki, NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin
