Bu gün Rumıniyanın hava məkanını pozan naməlum hədəf daha sonra Ukrayna istiqamətinə yönələrək orada partlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 27-də Rumıniya Silahlı Qüvvələrinin radiolokasiya müşahidə sistemi Sulina şəhərinin şərqində naməlum hava hədəfi aşkar edib. Vəziyyətə operativ reaksiya vermək məqsədilə Feteşti şəhərində yerləşən 86-cı aviabazadan iki F-16 qırıcısı saat 08:53-də havaya qaldırılıb.
Nazirliyin məlumatına görə, hava hədəfi qısa müddət ərzində Rumıniyanın hava məkanında olub, daha sonra sərhədi keçərək Ukrayna istiqamətində hərəkət edib. Bundan az sonra Ukrayna ərazisində partlayışlar qeydə alınıb.
Rumıniya Müdafiə Nazirliyi bildirib ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir və yeni məlumatlar əldə olunduqca ictimaiyyətə açıqlanacaq.
