İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

BMW mənfəətini 3 dəfədən çox artırdı

BMW 2025-ci ilin üçüncü rübündə mənfəətini üç dəfədən çox artırıb.

Gundelik.az-ın “Yahoo Finance”ə istinadən məlumatına görə, şirkətin bu ilin yanvar-sentyabr aylarında xalis mənfəəti 1,7 milyard avroya çatıb.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstərici 476 milyon avro təşkil edib. BMW-nin baş direktoru Oliver Zipse bildirib ki, mənfəətin artımı şirkətin dayanıqlı biznes modeli, eləcə də elektrik avtomobilləri və BMW M modellərinə tələbatın yüksəlməsi ilə bağlıdır. O, həmçinin vurğulayıb ki, şirkət 2025-ci ilə qədər Aİ-nin karbon emissiyası hədəflərinə çatmaq üçün tədbirlər görür.

Jurnalistlərin fikrincə, BMW bu göstəricilərlə “Mercedes” və “Volkswagen” kimi rəqiblərini geridə qoyub. “Mercedes” 3,9 milyard, “Volkswagen” isə 3,4 milyard avro mənfəət əldə edib.

Gundelik.az