Dünyada milyaderlərin sayı artıb
Dünya üzrə dollar milyarderlərinin sayı bu ilin aprel ayında illik müqayisədə 287 nəfər artıb. Gundelik.az xəbər verir ki, bu barədə İsveçrənin “UBS” bankı araşdırma aparıb. Bu, dünyada 416 yeni milyarderin meydana çıxdığı 2021-ci il istisna olmaqla, tədqiqatın başlamasından bəri ən böyük artımdır. Məlumata görə, 91 nəfər 298 milyard dollarlıq sərvətini miras qoyub. Bu, yeni rekorddur.
