İyul 28, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Azərbaycanda I yarımildə 100 minə yaxın pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib

Bu ilin yanvar-iyun aylarında 97 208 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə Gundelik.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onlardan 22 690-ı pensiya, 65 564-ü müavinət və 8 954-ü təqaüd təyinatıdır.