İsveçin Baş Naziri Ulf Kristersson tutduğu vəzifədən istefa verdiyini elan edib.
Gundelik.az xəbər verir ki, bu barədə o, rəsmi “X” sosial şəbəkəsində yazıb.
Kristersson sentyabrın 13-də keçirilən parlament seçkilərində müxalifətin qələbəsindən sonra istefa vermək qərarına gəldiyini bildirib. Məğlubiyyətə uğrayan sağçı-mərkəzçi blokun rəhbəri parlament sədrinə vəzifəsindən azad olunması ilə bağlı məktub göndərib. Kristersson müraciətin mətnini “X” sosial şəbəkəsindəki səhifəsində dərc edib.
“Baş nazir vəzifəsindən azad olunmağımı xahiş edirəm”, – deyə məktubda qeyd edilib.
