İyul 28, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanın sığorta bazarı böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 867,396 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50,3 milyon manat və ya 6,16 faiz çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 549,682 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 117,5 milyon manat və ya 27,2 faiz artım deməkdir.