Papa Leo Ukrayna müharibəsinin bitməsi üçün çağırış edib
Papa Leo ilk Milad müraciəti zamanı Ukrayna və Rusiyanı müharibəyə son qoymaq üçün birbaşa danışıqlara başlamağa çağırıb. O, Vatikanın Müqəddəs Pyotr meydanında toplaşan insanlara müraciət edərək tərəfləri sülh üçün “cəsarət” nümayiş etdirməyə səsləyib. Pontifik Milad günü ənənəvi olaraq katolik dünyasına ünvanlanan Urbi et Orbi müraciəti zamanı dünya üzrə davam edən münaqişələrin bitməsinin vacibliyini vurğulayıb. Ukraynadakı
