İyul 27, 2026
Baku

Xəbərlər

Hadisə Xəbərlər

Yeni ilin ilk günündə cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Yanvarın 1-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Gundelik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 6, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bildirilib ki, narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və

Read More
Ölkə Xəbərlər

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Gundelik.az xəbər verir ki, P.Həşimovun dünyaya gəlişindən 51 il ötür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev

Read More
Siyasət Xəbərlər

İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev İsveçrə Prezidenti Qi Parmölənə başsağlığı verib. Gundelik.az xəbər verir ki, başsağlığıda deyilir: “Hörmətli cənab Prezident. Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı

Read More
Dünya Hadisə Xəbərlər

“Qırmızı bülleten”lə axtarışda olan 40 nəfər Türkiyəyə təhvil verilib

“Qırmızı bülleten”lə axtarışda olan ümumilikdə 40 cinayətkar xaricdə saxlanılaraq Türkiyəyə ekstradisiya edilib. Gundelik.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyinin İnterpol–Europol ilə koordinasiya ilə həyata keçirdiyi əməliyyatlar çərçivəsində, başda Gürcüstan olmaqla Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstanda saxlanılan şübhəlilər Türkiyəyə gətirilib. Məlumata görə, “qırmızı bülleten”lə axtarılan şəxslər arasında “qəsdən adam

Read More
Dünya Hadisə Xəbərlər

Fransada Yeni il gecəsi 1 000-dən çox avtomobil yandırılıb

Fransada Yeni il gecəsi yandırılan avtomobillərin sayı 1 000-i keçib. Gundelik.az xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin yenilənmiş statistikası məlumat yayıb. Kommünikedə bildirilib ki, “Keçən illə müqayisədə yanğın nəticəsində zərər çəkən nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub: 1 173 avtomobil yanıb, ötən il isə 984 avtomobil yanmışdı”. Səhər saatlarında BFMTV hüquq-mühafizə orqanlarındakı

Read More
Dünya Siyasət Xəbərlər

İran Prezidenti: İnsanlar narazıdırsa, bu, bizim günahımızdır

Tehranda İranın pul vahidinin ucuzlaşması və iqtisadi problemlər səbəbilə başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb. Gundelik.az xəbər verir ki, etirazlara münasibət bildirən İran prezidenti Məsud Pazeşkian problemlərin həllində uğur səviyyəsinin əsasən düşüncə tərzindən və yanaşmadan asılı olduğunu bildirib. Hökumətin effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli və ictimai narazılığı aradan qaldırmaq üçün iqtisadi və

Read More
Dünya Siyasət Xəbərlər

Tramp Vaşinqtonda ictimai qolf meydançalarının icarəsini ləğv edib

ABŞ Prezidenti Donald Tramp Vaşinqton Milli Park Xidməti ilə Milli Qolf Fondu (NLT) arasında ictimai qolf meydançalarının icarə müqaviləsini ləğv edib. Bu qərar Amerika liderinin həmin əraziləri yenidən inkişaf etdirmək niyyətində olduğu barədə xəbərlər fonunda qəbul olunub. Gundelik.az xəbər verir ki, bu barədə NLT-nin mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd olunub ki, “NLT Tramp administrasiyasının

Read More
Dünya Xəbərlər

İranda etiraz aksiyaları – Ölənlər var

İranda hökumətə qarşı etirazlar bir sıra şəhər və əyalətlərdə davam edir. Gundelik.az “Azad İran”a istinadən xəbər verir ki, İlam əyalətinin Dərreşəhr şəhərində etirazçılar küçələrə çıxaraq ölkənin ali rəhbəri Ayətullah Əli Xameneiyə aid bannerləri yararsız hala salıblar. Etirazların digər bölgələrə də yayıldığı bildirilir. Fuladşəhr və Lordeqan şəhərlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar baş verib. Məlumata görə,

Read More
Dünya Xəbərlər

Süd Yolunun mərkəzində yeni planet aşkar edilib

Astronomlar Süd Yolu qalaktikasının mərkəzində Saturn ölçüsündə “didərgin planet” aşkar ediblər. Gundelik.az-ın məlumatına görə, bu barədə “Science” jurnalında dərc olunan elmi məqalədə qeyd olunub. Bildirilib ki, sözügedən səma cismi Yerdən təxminən 9,9 min işıq ili məsafəsində, Oxatan bürcündə yerləşir. Kəşf göstərir ki, iri planetlər nadir hallarda da olsa, onları formalaşdıran ulduz sistemlərindən kənara atıla bilirlər.

Read More
Ölkə Xəbərlər

ADSEA bu şirkətə 13,7 milyon manat ödəyəcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Protean Construction” ASC ilə nəhəng müqavilə bağlayıb. Gundelik.az xəbər verir ki, müqavilədə işğaldan azad edilmiş ərazilərdə su təchizatı ilə bağlı təxirəsalınmaz işlərin icrası çərçivəsində 15 yaşayış məntəqəsi üzrə xarici su təchizatı sisteminin yenidən qurulması işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 13 milyon 687 min

Read More