AİB Azərbaycanın da iştirak etdiyi “ağıllı enerji” ilə bağlı sub-layihəyə investisiya qoyacaq
Asiya İnkişaf Bankı (AİB) Ağıllı Enerji İnnovasiya Fondu (Smart Energy Innovation Fund) çərçivəsində ümumi həcmi 1,5 milyon ABŞ dolları olan ikinci sub-layihənin istifadəyə verildiyini açıqlayıb. Gundelik.az AİB-ə istinadən xəbər verir ki, bu sub-layihə Azərbaycan və Taylanda dəstək məqsədi daşıyır. Məlumata görə, sub-layihə “ağıllı enerji sistemləri”nə, bərpa olunan enerji mənbələrinin enerji şəbəkələrinə inteqrasiyası üçün infrastruktura, eləcə
