Bakıda liseydə şagirdin müəlliməsini güllələməsi ilə bağlı cinayət işi açılıb
Bakıda liseydə şagirdin müəlliməsini güllələməsi ilə bağlı cinayət işi açılıb. Gundelik.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunub ki, şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
