İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

ABŞ vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

ABŞ, vətəndaşlarına İranı dərhal Ermənistan və ya Türkiyə vasitəsilə tərk etməyi tövsiyə edir.

Gundelik.az xəbər verir ki, bu barədə ABŞ-nin İrandakı səfirliyi məlumat yayıb.

ABŞ, ölkədə təhlükəsizlik tədbirləri, ictimai nəqliyyatın fəaliyyətindəki fasilələr, yolların bağlanması, internetin kəsilməsi və  uçuşlara qoyulan məhdudiyyətlər səbəbindən vətəndaşlarına İranı tərk etməyi tövsiyə edir.

Bəyanata qeyd edilib ki, Azərbaycanın quru sərhədləri adi səyahətlər üçün bağlıdır, ona görə də təcili olaraq İranı tərk etməli olanlar digər variantları nəzərdən keçirməlidirlər.