İyul 22, 2026
Baku
Ölkə Xəbərlər

“İqlim haqqında” qanunun pozulmasına görə inzibati məsuliyyət müəyyənləşə bilər

“İqlim haqqında” qanunla müəyyən edilmiş öhdəliklərin pozulmasına görə inzibati məsuliyyət Azərbaycan Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilə bilər.

Gundelik.az xəbər verir ki, bu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai müzakirəyə təqdim etdiyi “İqlim haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən aşağıdakı hallar inzibati məsuliyyətə səbəb olan pozuntular emissiya hesabatlarının təqdim edilməməsi, yanlış və ya təhrif edilmiş məlumatların təqdim edilməsi, təsdiq edilmiş monitorinq planına riayət edilməməsi, ETS və karbon vergisi üzrə uyğunluq öhdəliyinin yerinə yetirilməməsi, karbon kreditlərinin qanunsuz buraxılması, milli karbon reyestri üzrə əməliyyat qaydalarının pozulması ilə bağlıdır.

Saxtakarlıq, sənəd saxtalaşdırılması, qanunsuz gəlir əldə edilməsi, informasiya sisteminə qanunsuz müdaxilə, bazar manipulyasiyası və ya digər cinayət əlamətləri olduqda materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilir və Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyəti məsələsinə baxılır.

Bu Qanunun pozulması nəticəsində dövlətə, bazar iştirakçılarına və ya üçüncü şəxslərə vurulmuş zərər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq ödənilir.