Araz və Kürdə brakonyerlik edənlər saxlanılıb
Araz və Kür çaylarında brakonyerlik edən şəxslər saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Gundelik.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbir zamanı Araz çayının İmişli rayonundan keçən hissəsində qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan M. Zeynalov saxlanılıb.
