Müharibənin 19-cu günü: İranın Laricaniyə qarşı qisası qanlı idi; İsrail ölkənin paytaxtını bombaladı
ABŞ-İsrail-İran müharibəsi gərgin döyüşlərlə 19-cu gününə qədəm qoyarkən, qarşılıqlı əməliyyatlarda çoxsaylı ölüm və yaralanma halları qeydə alınıb. İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) İctimaiyyətlə Əlaqələr Bölməsi “Əsl Vəd 4” Əməliyyatının 61-ci dalğası ilə bağlı açıqlamasında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin və onun silahdaşlarının hücumlarda ölümünə cavab olaraq İsrailin çoxsaylı raketlərlə ciddi şəkildə hədəfə
