8 Aprel: Tarix, faciə və mədəniyyət yaddaşı
8 aprel 1929 – VI Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycanda yeni ərazi-inzibati vahidlər – dairələr yaranıb. Respublika ərazisi Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa və Muğan dairələrinə bölünüb. Bundan öncə, 1921-ci ildə Azərbaycan SSR-də ərazi-inzibati bölgüsü olaraq 17 qəza (Bakı, Gəncə, Ağdaş, Göyçay, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı,
