İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Türkiyə bərpa olunan enerjidə regional lider oldu

Türkiyədə külək və günəş enerjisi 2025-ci ildə ilk dəfə elektrik istehsalının beşdə birindən çoxunu təmin edib. Bu göstərici Türkiyəni Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyadakı 16 ölkə arasında lider mövqeyə yüksəldib.

Londrada yerləşən beynəlxalq analitik mərkəz Ember, Türkiyənin 2025-ci il elektrik istehsalı məlumatlarının təhlil edildiyi və Avropa ilə region ölkələri ilə müqayisə olunduğu “Türkiyə Elektrik Görünüşü 2026” hesabatını yayımlayıb.

Hesabata görə:

2025-ci ildə külək enerjisində 1,9 giqavatlıq yeni güc qurulub (rekord səviyyə)

Günəş enerjisindən elektrik istehsalı sürətlə artıb

Beləliklə, külək və günəş enerjisinin elektrik istehsalındakı payı ilk dəfə 22%-ə çatıb. Türkiyə bu göstərici ilə regionda 20% həddini keçən yeganə ölkə olub.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az