Afrikanın Ən Kasıb və Ən Zəngin Ölkələri Açıqlanıb
Gundelik.az xədər verir ki, Afrika qitəsi dünyada ən kasıb bölgə kimi tanınır. Qitədəki yoxsulluğun əsas səbəbləri iqtisadi qeyri-sabitlik, təhlükəsizlik problemləri, korrupsiya, vətəndaş müharibələri və terror aktlarıdır. Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Afrikanın ən zəngin və ən kasıb ölkələrinin siyahısını təqdim edib. Bir ölkənin zənginliyini qiymətləndirərkən, adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) nəzərə alınır.
