İyul 8, 2026
Baku
Xəbərlər

Afrikanın Ən Kasıb və Ən Zəngin Ölkələri Açıqlanıb

Gundelik.az   xədər  verir ki, Afrika qitəsi dünyada ən kasıb bölgə kimi tanınır. Qitədəki yoxsulluğun əsas səbəbləri iqtisadi qeyri-sabitlik, təhlükəsizlik problemləri, korrupsiya, vətəndaş müharibələri və terror aktlarıdır. Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Afrikanın ən zəngin və ən kasıb ölkələrinin siyahısını təqdim edib. Bir ölkənin zənginliyini qiymətləndirərkən, adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) nəzərə alınır. Bu göstərici hər bir vətəndaşa düşən məhsul və xidmətlərin ümumi dəyərini əks etdirir. Siyahıda kiçik ölkələrdən olan Mavriki və Liviya da yer alıb. Qiymətləndirmə satınalma gücü paritetinə (PPP) əsaslanır ki, bu da inflyasiya və daxili xərclər arasındakı fərqləri nəzərə alaraq, bu ölkələrdəki orta yaşayış səviyyəsi barədə daha dəqiq müqayisə aparmağa imkan yaradır.

Gundelik.az