İyul 11, 2026
Baku

Xəbərlər

Dünya Xəbərlər

Tramp: Ağ Evin bal salonu 2028-ci ildə açılacaq

Ağ Evin bal zalının rəsmi açılışı 2028-ci ildə baş tutacaq. Gundelik.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social”da yazıb. “Çində bal zalı var, ABŞ-də də olmalıdır! O, vaxtından əvvəl tikilir və ABŞ-də ən yaxşı belə bina olacaq. Onun 2028-ci ildə açılması planlaşdırılır”, – deyə o qeyd edib.

Read More
Siyasət Xəbərlər

Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir. Gundelik.az xəbər verir ki, dövlət başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdiriblər.

Read More
Dünya Mədəniyyət və cəmiyyət Xəbərlər

Yeni epidemiya: Konqoda ölənlərin sayı 65-ə çatdı

Konqo Demokratik Respublikasında (KDR) baş qaldıran yeni Ebola epidemiyası nəticəsində 65 nəfər həyatını itirib. Gundelik.az xəbər verir ki, “Bloomberg” agentliyinin yaydığı məlumata əsasən, virusa yoluxduğu ehtimal edilən daha 246 nəfər müşahidə altındadır. Yerli səhiyyə qurumları vəziyyətə nəzarət və profilaktik addımları koordinasiya etmək məqsədilə təxirəsalınmaz yığıncaq təşkil ediblər. Götürülmüş 20 nümunədən 13-nün ilkin test nəticəsi müsbət

Read More
Müsahibə Siyasət Xəbərlər

Elşad Mirbəşiroğlu: “Trampın Çinə səfəri Pekinin diplomatik qələbəsi kimi görünür” .

ABŞ prezidenti Donald Trumpın Çinə son səfəri beynəlxalq siyasətin ən çox müzakirə olunan hadisələrindən birinə çevrilib. ABŞ–Çin münasibətlərinin gələcəyi, texnologiya rəqabəti, İran və Rusiya faktorları, eləcə də Tayvan məsələsi fonunda bu səfərin mümkün nəticələri geniş maraq doğurur. Gundelik.az-a müsahibəsində politoloq, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu hesab edir ki, Vaşinqton artıq Pekinin qlobal güc reallığını qəbul

Read More
Siyasət Xəbərlər

İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış olub. Gundelik.az xəbər verir ki, dövlət başçılarına qoruq haqqında məlumat verilib. Bildirilib ki, “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeydəki “Nadir Eksponatlar Zalı” Qazaxıstanın ən əhəmiyyətli

Read More
Dünya Hadisə Xəbərlər

Liviyada toqquşmalar: Futbol azarkeşləri baş nazirin ofisini yandırdılar

Liviyanın paytaxtı Tripolidə hakimin penalti təyin etməkdən imtina etdiyi futbol matçından sonra kütləvi iğtişaşlar başlayıb. Gundelik.az bu barədə “Sinxua” agentliyinə istinadən xəbər verir. Məlumata görə, hakimin mübahisəli qərarından sonra qəzəbli azarkeşlər meydana qaçıblar və bundan sonra vəziyyət tez bir zamanda polis və hərbçilərlə qarşıdurmaya çevrilib. İğtişaşlar zamanı stadionun yaxınlığında bir neçə avtomobil yandırılıb. Etirazçılar, həmçinin Liviya

Read More
Dünya Siyasət Xəbərlər

ABŞ İranın təklifini rədd edib

ABŞ İranın müharibəyə son qoymaq üçün 14 maddəlik təklifinə cavab verib. Gundelik.az xəbər verir ki, bu barədə “Tehran Times” qəzeti məlumat yayıb. İranın təklifinin iki mərhələli danışıqlar prosesinə əsaslandığı bildirilir: “Bu prosesin birinci mərhələsi bütün cəbhələrdə müharibəyə son qoyacaq. Əgər İranın şərtləri yerinə yetirilərsə, nüvə məsələsi ilə bağlı danışıqların ikinci mərhələsi başlayacaq”, – məlumatda deyilir. Qeyd edilib

Read More
Mədəniyyət və cəmiyyət Xəbərlər

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

27-29 oktyabr tarixlərində Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu barədə Gundelik.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Touirsm) birgə tərəfdaşlığı ilə gerçəkləşəcək.

Read More
Siyasət Xəbərlər

Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib. Gundelik.az xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin,

Read More
Ölkə Xəbərlər

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 753 mm

Read More