Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib
Mayın 18-də Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ölkəmizə səfərə gəlib. İqor Sergeyenko BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) açılış mərasimində iştirak edəcək. Sonra onun Azərbaycana rəsmi səfəri çərçivəsində ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədrini və onun rəhbərlik etdiyi
