ABŞ İranın müharibəyə son qoymaq üçün 14 maddəlik təklifinə cavab verib.
Gundelik.az xəbər verir ki, bu barədə “Tehran Times” qəzeti məlumat yayıb.
İranın təklifinin iki mərhələli danışıqlar prosesinə əsaslandığı bildirilir:
“Bu prosesin birinci mərhələsi bütün cəbhələrdə müharibəyə son qoyacaq. Əgər İranın şərtləri yerinə yetirilərsə, nüvə məsələsi ilə bağlı danışıqların ikinci mərhələsi başlayacaq”, – məlumatda deyilir.
Qeyd edilib ki, ABŞ İranın təklifini rədd edib və xüsusilə nüvə məsələsində “təzyiq mövqeyini” davam etdirib.
