Yunanıstan Azərbaycandan məhsul alışını 60%-dən çox artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Yunanıstan arasında ticarət əməliyyatlarının həcmi 139,7 milyon ABŞ dolları təşkil edib. Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 51,6 milyon ABŞ dolları və ya 58,6% çoxdur. Hesabat dövründə Yunanıstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,57%-i həcmində olub.
