Gundelik.az xəbər verir ki,ABŞ-ın prezidenti Donald Trampın ticarət tərəfdaşlarına tətbiq etdiyi yeni tariflər siyahısında Rusiyanın adının olmaması diqqət çəkib. ABŞ mediası Axios-un məlumatına görə, Ağ Evin mətbuat katibi Karoline Leavitt bu məsələyə aydınlıq gətirərək bildirib ki, Rusiyaya qarşı qüvvədə olan sanksiyalar “əhəmiyyətli ticarətin” aparılmasına imkan vermir.
Leavitt həmçinin əlavə edib ki, Kuba, Belarus və Şimali Koreya da siyahıya daxil edilməyib. Maraqlıdır ki, ABŞ-la çox az ticarət əlaqəsi olan Suriyaya (ötən il cəmi 11 milyon dollar dəyərində ixracat) tariflər tətbiq edilib.Xatırladaq ki, ABŞ 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Moskvanı geniş sanksiyalarla hədəf almışdı. Tramp isə, ümumilikdə, Rusiyaya qarşı daha yumşaq mövqe tutması ilə tanınır.
Gundelik.az
İqtisadiyyat
Xəbərlər
Trampın ticarət tarifləri siyahısında Rusiya niyə yoxdur?Ağ evdən izah gəldi
- Aprel 7, 2025
- Less than a minute
- 168 Baxış
- 1 il əvvəl
