İyul 8, 2026
Baku
Elm və təhsil İqtisadiyyat Xəbərlər

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: ELMİN VƏ TƏDRİSİN YENİ KEYFİYYƏT MƏRHƏLƏSİ

Ardıcıl və davamlı islahatlar müstəvisində uğurlu tədris proseslərinin səmərəli perspektivlərini müəyyən etmiş olan Naxçıvan Dövlət Universiteti, çoxistiqamətli profilinə görə daha böyük təcrübə əldə etməkdədir. Yeni layihələrin müəllifi olaraq, müəllim və tələbələrdən ibarət olan kollektiv üzvlərinin mənafeyini, maraqlarını, həmçinin elm və tədris sahələri üzrə müəyyən etdikləri hədəfləri daha da əlçatan edən ali məktəbimiz milli və beynəlxalq tədris proseslərinin də səmərəli inteqrasiyasını təmin etməyi bacarmışdır. Bununla da, yaranmış imkan və şərait isə, bütün tərəflərinə görə
tələbələrin çağdaş ali təhsil tələblərinin gerçək olmasına şərait yaratmışdır. Naxçıvan Dövlət Univesitetinin davamlı islahatlar müstəvisində həyata keçirmiş olduğu layihələr yeni və uğurlu səhifələrlə müşayiət olunmaqdadır. Bunlardan birini də TEDx tədbirinin keçirilməsi ilə bağlı olacaq. TED və TEDx ilə bağlı olan araşdırmalarla məşğul olaraq, belə qənaətə gəlmək olar ki, hər iki anlayış, nəzəri biliklərlə, təcrübənin vəhdətindən ibarət olan proseslərin sərbəst ideyalar və təşəbbüslər müstəvisində düzgün, səmərəli və uğurlu nəticələrini ortaya qoymaqdan keçir. TED, hər şeydən əvvəl, ingilis dilində Technology Entertainment Design, yəni, Texnologiya, Əyləncə və Dizayn kimi mühüm sahələrin birləşməsindən ibarət olan fəaliyyət sferasını ifadəsinə almaqdadır. Bu, ilk olaraq, 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan, şəxsi qeyri-kommersiya fondudur. TEDx isə bir sıra araşdırma vasitələrində çoxistiqamətli mənalandırmalar ilə birlikdə, eyni zamanda, “paylaşmağa dəyər ideyaların” yer almış olduğu yerli bir layihə olaraq çıxış etməkdədir. Belə bir yanaşma ilə TED, malik olduğu davamlılığı ilə TEDx-i ortaya çıxarmış olur ki, burada da, şəxslər və strukturlar malik olduğu yerli TED kimi tədbirləri gündəmə gətirə bilirlər. Məhz TEDx ifadəsindəki "x" isə müstəqil şəkildə təşkil olunan TED tədbirlərinin yeni yaradıcılıqlara, nailiyyətlərə yer verən uzunmüddətli və səhifəli proseslərin təşkil olunmasından ibarət görüntüsü olmaqdadır. TEDx, təqdim olunan lisenziya əsasında konfransların təşkili və ideyaların paylaşılmasında çoxillik təcrübəyə malik olmaq demək olur. Buradan da aydın olur ki, TED və TEDx mahiyyətinə və yaratdığı imkanlara görə, mövcud olduğu bütün dövrülər üzrə yaradıcılıq imkanları gətirməkdədir. TEDx sahəsində ortaya qoyulan layihələr iştirakçılara 500-ə yaxın TED video çoxluğunun potensialı, bu sahədə həyata keçirilmiş olan tədbirlərin aparıcıları və həmçinin çıxışları ilə birlikdə, daha modern təşəbbüslər, ruhlandırıcı mövzular və maraqlı söhbətlərlə zənginləşdirilmiş mühitin nümayəndələri olmağa zəmin yaratmış olur. Demək olar ki, TEDx layihələri yalnız müasir təşəbbüslərin izah olunduğu, motivasiya olunmaq və biliyin şaxəli olunduğu mühitlər olmaqla birlikdə, həmçinin ruhlandırıcı videoların paylaşılması ilə məşhurdur. TEDx layihəsinin mahiyyətini həm də, elmi və pedaqoji sahənin perspektivləri ilə səmərəli müşayiət etmək olar. Göstərmək olar ki, TED qarşılıqlı müzakirələr şəraitində videolar vasitəsilə, canlı və yaradıcı mühazirələrin oraya qoyulmasını nəzərdə  tutur. Geridə qalan dövrlər üzrə Naxçıvan Dövlət Universitetinin bu kimi layihələr üzrə uğurlu təcrübəsinin şahidləri olmuşduq. Yenicə rastlaşdığımız STEAM layihələrinin gerçək olmasında ali məktəbimizin əldə etmiş olduğu uğurlar, xüsusilə də, STEAM Mərkəzinin yaradılması, bu sahədə daha mütərəqqi mərhələnin keçilmiş olduğunu qeyd etməyə əsas verir. Dövrün və inkişaf perspektivlərinin daha çox, innovasiyalaşan, texnoloji təsisatlara yer verən və alternativ imkanların daha da şaxələnmiş olduğu mərhələdə STEAMla müşayiət olunan proseslərin TEDxlə davam etməsini də yeni keyfiyyət mərhələsi olaraq ifadə etmək olar. Təbii olaraq, bu proseslərdə, universitetimizin ərazisində inşa olunan, Texnologiyalar Parkı üzrə layihələrin də səmərəsi və gələcək perspektivləri çox faydalı olacaq. Bu proseslər müəllim və tələbələrin daha yaradıcı tədris proseslərinə stimullaşmasında mühüm yardımçı vasitə olacaq və nəticə etibarı ilə davamlı islahatlara öz töhfəsini verəcək. Naxçıvan Dövlət Universitetinin yeni layihələrinin, ideya və təşəbbüslərinin modern Ali təhsil modelinin yaradılması sahəsindəki səmərəsi olduqca əhəmiyyətlidir. Bu sahədə, “Açıq mikrofon” layihəsinin önəmini xüsusi olaraq qeyd ermək olar. Artıq Naxçıvan Dövlət Universitetinin ənənə halını alan layihələrindən biri olaraq, bu tədbir də, tələbələr tərəfindən yaradıcılıq təşəbbüslərinin həm dəstəklənməsi, həm də reallaşmasında zəruri əhəmiyyətə malik olmaqdadır. Ali məktəbimizin rektoru Elbrus İsayevin rəhbərliyi və müəllifliyi ilə qətiyyətlə həyata keçirilən layihələr bir başa olaraq, tələbələrin maraqlarını ifadə edir və xüsusilə də, onların bilik və bacarıqlarının daha da təkmilləşməsinə hesablanıb. Artıq universitetimizdə son 5 ildə gündəlik dövlət qayğısı ilə həyata keçirilmiş olan tədbirlər, təkcə Açıq mikrofonla yekunlaşmır. Burada rektorumuzun rəhbərliyi ilə görülən işlər, tələbələr üçün:
– açıq təşəbbüslər;
– sərbəst ideyalar;
– açıq müraciət;
– faydalı fikirlər;
– məhsuldar yanaşmalar üçün motivasiya yaradır və Rektor tərəfindən dəstəklənir.
21 fevral 2025-ci il tarixində nəzərdə tutulmuş olan növbəti açıq mikrofon da bu sahədə daha uğurlu nəticələr gətirmiş oldu. Naxçıvan Dövlət Universiteti malik olduğu elm və tədris perspektivləri ilə daha mütərəqqi inkişaf yolunu keçməkdədir. Bu yol, özündə bir tərəfdən, ixtisaslı kadrların hazırlanması, digər tərəfdən, həmin kadrları dövlət quruculuğu proseslərinin çox müxtəlif sahələrində əhəmiyyətliliyinin yüksəldilməsinə işıq salması ilə daha da önəmli oldu. Qürurla qeyd etmək olar ki, Naxçıvan Dövlət Universiteti, son beş ildə uğurla davam etdirdiyi islahatlar əsasında ölkənin milli təhsilinin uzunmüddətli perspektivlərinə öz təhfəsini verməkdədir. Buna görə də, universitetmiz sağlam və etibarlı ixtisaslaşma mühitinin yaradılması ilə yetişdirdiyi kadrlar da cəlbediciliyinə görə seçilməkdədir. Və universitetimiz bu sahədə ölkəmizin mühüm dövlət strukturları ilə davamlı əməkdaşlıqlar içərisindədir. Fevral ayı, Naxçıvan Dövlət Universitetinin tədris proseslərində mühüm hadisələrlə yadda qaldı. Belə ki, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Palatanın təlimçi əməkdaşları ali məktəbimizdə oldular. İstər
hörmətli Vüqar müəllimin, istərsə də Palatanın əməkdaşlarının çıxışlarında ali məktəbizimin tələbələrinin ixtisalaşma proseslərindəki uğurları bildirmələri hər  birimizdə sonsuz qürur yaratmış oldu. Kadr hazırlığı proseslərində universitetimizlə əməkdaşlığa önəm verdiklərini bildirən dəyərli qonaqlarımız, Hesablama Palatasının strukturunda Naxçıvan Dövlət Universitetinin məzunlarının da olmasını ifadə etdilər.
Dövlət Gənclər Siyasətinin olduqca mühüm ifadəsi olan bu proseslər,Azərbaycan Respublikasının Hesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması müstəvisində daha mütərəqqi mərhələyə qədəm qoydu. Artıq yeni əməkdaşlıq mərhələsində, Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisaslarında yüksək göstəriciləri  ilə fərqlənən tələbələr üçün Hesablama Palatasının təcrübəli mütəxəssisləri tərəfindən “Dövlət sektorunda audit” üzrə təlim proqramı başladılmışdır. Bununla da, elə universitetimizin mühasibat,
maliyyə, audit və bu kimi sferalar üzrə ixtisaslaşmış olan tələbələri Hesablama Palatasının kadr hazırlı proqramlarına daxil olunur və onlar qarşıdakı illər üzrə Palatanın strukturuna dəvət olunma şansı əldə edirlər. Təbii olaraq, bu hədəflər, “Dövlət sektorunda audit” layihəsi müstəvisində çeviklik və fəallıq tələb edən mahiyyət kəsb edir və beləliklə də, ölkənin ali tədris siyasətinin yeni nəticələrinə töhfə olacaqdır. Təhsil və tədris proseslərinin elmlə düzgün inteqrasiyasının təmin olunması daha güclü potensial, daha perspetivli ixtisaslaşma və daha etibarlı təsisatlar tələb etmiş olur. Bu sahənin səmərəli təşkili və idarə olunması məqsədilə çoxsaylı tənzimləyici mexanizmlər həyata keçirilmiş və bunlar bütün sferalar kimi elm və tədris sahələrinin də uzunmüddətli hədəflərini müəyyən etmişdir. Təbii olaraq, bəhs olunan sahədə, Naxçıvan Dövlət Universitetinin uğurla reallaşdırmış olduğu layihələr, müvafiq Dövlət proqramlarında müəyyən olunan tədbirlərin həyata keçirilməsi malik olduğu aktuallığı ilə diqqəti çəkməkdədir. Xüsusilə də, rektor Elbrus İsayevin rəhbərliyi altında universitetimiz Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət proqramının “İnsan kapitalının inkişafı” adlı 9-cu Prioritetində nəzərdə tutulan tədbirlərin məqsədyönlülüklə həyata keçirilməsinə nail olmaqdadır. Belə ki, gündəlik dövlət qayğı və diqqəti ilə ali məktəbimizdə:
– innovativ texnologiyalara əsaslanan ixtisasartırma təlimləri təşkil olunur. Bu məqsədlə, son dərəcə aktual olan məsələlərlə bağlı olan mövzularda müxtəlif səviyyəli təlimlər, vebinarlar və onlayn görüşlər keçirilir;
– istedadlı uşaqlar üçün liseylərin və təmayülləşmənin əhatə dairəsi genişləndirilmişdir. Bu məqsədlə, Naxçıvan Dövlət Universitetinin nəzdində
Gimnaziyanın fəaliyyəti təmin olundu;
– Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsi icra olunmuşdur. Bu məqsədlə, Kembric Universitetinin lisenziyası əsasında NDU Beynəlxalq Kembric Məktəbi fəaliyyətə başladı;
– təhsil müəssisələrində Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat (STEAM-Science, Technology, Engineering, Art, Mathematics) əsaslı
tədrisin tətbiqi həyata keçirilir. Bu məqsədlə, universitetdə STEAM Mərkəzi
yaradılmışdır;

– Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndirilmiş, birgə proqramlar təşkil olunmaqdadır;
– ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələr həyata keçirilməkdədir. Bu məqsədlə, Naxçıvan Dövlət Universitetinin nəzdində Tibb ixtisası üzrə SABAH qrupları fəaliyyətə başlamışdır. Bilirmək olar ki, bu sahənin təkmilləşdirilməsi sahəsində sistemli tədbirlər həyata keçirilmiş və Naxçıvan Dövlət Universitetində Tibb SABAH qruplarına alınan 4 dildə 173 adda 200 dən artıq dərsliklər, 5 proyektor və 15 noutbuk tələbələrə təqdim olunmuşdur. Azərbaycan Respublikasında təhsil sahəsində həyata keçirilən davamlı islahatlar, yeni keyfiyyət mərhələlərinin bir-birini əvəz etməsinə əsaslı zəmin yaratmaqdadır. Bu, imkan verir ki, milli təhsilin bütün istiqamətlərində yenilikçiliyin, beynəlxalq təcrübənin, dünya təhsilinin çoxistiqamətli tələb və çağırışları nəzərə alınsın, həmçinin davamlı islahatlar həmin reallıqlara əlçatanlığı təmin etmiş olsun. Təbii olaraq, bu sahədə, milli təhsilin hərəkətverici qüvvəsi olan ali məktəblərin üzərinə mühüm məsuliyyət və görəvlər düşməkdədir. Elə bu məqsədlə, ölkənin ali məktəbləri bu çağırışlarla səsləşmək məqsədilə zaman-zaman strategiyalar, konsepsiyalar qəbul edir, müzakirələr aparır, yekdil və korporativ qərarlar əsasında öz işlərini qururlar. Bu məqsədlə, həyata keçirilən tədbirlər çərçivəsində, Britaniya Şurasının təşkilatçılığı ilə ADA Universitetində “Transmilli təhsil siyasəti dialoqu” forumunun reallaşması bu sahədə mühüm bir nailiyyət olacaq. Bildirmək olar ki, forumda Azərbaycan, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, ali təhsil müəssisələrinin rəsmiləri bu sahədə zəruri müzakirələr aparmışlar. Forumda ölkəmizdə mövcud Transmilli Təhsil (TT) səviyyəsinin araşdırılması nəzərdə tutulurdu. Eyni zamanda, bununla əlaqədar olaraq, mövcud perspektivlər və maneələri tədqiq etmək məqsədilə British Council tərəfindən aparılan araşdırmaların nəticələri təqdim olundu. Həmin araşdırmalar, ali məktəblərin fəaliyyətini qiymətləndirmək sahəsində qlobal təcrübəyə malik olan təhsil şirkəti Times Higher Education (THE) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqatın məqsədi qlobal Transmilli Təhsil ənənələrini işıqlandırmaq, universitet və dövlətlərin beynəlmiləlləşmə siyasətinə dəstək olmaqdır. Forumda Qalib ölkənin inkişaf edən ali məktəbi olaraq Naxçıvan Dövlət Universitetinin iştirak etməsi də bu sahədə ali məktəbin geridə qalan illər üzrə elm və tədris bölmələri üzrə formalaşdırmış olduğu perspektivlərin olduqca əhəmiyyətli olduğunu göstərməkdədir. Hər şeydən əvvəl bildirmək olar ki, Naxçıvan Dövlət Universitetinin bu sahədə xüsusilə də, son beş ildə formalaşdırmış olduğu potensial xüsusi əhəmiyyət kəsb etməkdədir. Gimnaziyanın fəaliyyətə başlaması, Kembric Universitetinin lisenziyası əsasında Beynəlxalq Kembric Məktəbinin fəaliyyətinin təmin olunması Naxçıvan Dövlət Universitetinin bu proseslərdə yetkinliyini, hazırlıqlı olmasını və daha yeni keyfiyyət mərhələsini başlada bilməsini ortaya qoya bildi. Eyni zamanda, Forumun, Transmilli Təhsil (TT) səviyyəsinin araşdırılması ilə bağlı olması bir daha onu göstərmiş olur ki, Naxçıvan Dövlət Universitetinin layihələri səmərəlidir, elmlə tədrisin səmərəli vəhdətini təmin etməyi bacarır, milli tədrisin bütün hədəf və məqsədlərini əhatə edə bilir, həmçinin, bununla da, dünya təhsilinə inteqrasiya proseslərində də öncüldür.

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru