Azərbaycandan İsveçrəyə qeyri-neft məhsulları ixracı artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İsveçrəyə 100,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 66,6 milyon ABŞ dolları və ya 3 dəfə çoxdur. Hesabat dövründə İsveçrəyə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 9,41%-i həcmində olub.
