Cari ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat sektoruna qoyulmuş kreditlərin həcmi 1,894 milyard manata çatıb.
Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə dəyişməz qalıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə banklar və qeyri-banklar sözügedən sektora kredit qoyuluşlarını 347,1 milyon manat və ya 22,4% artırıb.
Gundelik.az
