İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Sənaye və istehsal sektoruna kredit qoyuluşları artıb

Bu ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və inşaat sektoruna qoyulmuş kreditlərin həcmi 1,6 milyard manata çatıb.

Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 14,2 milyon manat və ya 0,9% azdır.

Lakin ötən ilin eyni dövrü ilə müqayisədə banklar və qeyri-banklar tərəfindən sənaye və inşaat sektoruna qoyulmuş kreditlərin həcmi 199,2 milyon manat və ya 14% artıb.

Gundelik.az